Saakaşvili: 'Əgər erməniləri sevmirsinizsə, onda da mən erməniyəm'

DÜNYA
12:52 22.08.2012
2622

Gürcüstan prezidenti: “Əgər erməniləri sevmirsinizsə, onda da mən erməniyəm”.

Gürcüstan prezidenti Mixail Saakaşvili Gürcüstanın “Pik” teleşirkətinə müsahibə verib. Rusiya ilə müharibə, Putinlə münasibətlər, NATO-ya daxil olmaq perspektivləri və ölkədə islahatlarla bağlı mövzulardan sonra jurnalist prezidentə şəxsi sual verib: “Siz ermənisiniz?”. Saakaşvili bu suala birbaşa cavab verməyib: “Mən həmişə demişəm, əgər siz azərbaycanlıları sevmirsinizsə, onda mən azərbaycanlıyam, yox əgər erməniləri sevmirsinizsə, onda da mən erməniyəm. Yəhudiləri sevamirsinizsə, onda mən hamıdan çox yəhudiyəm. İstənilən halda isə mən ən qatı gürcü vətənpərvəri kimi qalacam. Əgər etnik patriotizmdən danışılırsa, mən Qurucu Davidi misal göstərirəm. O, bütün dinlər arasında bərabərliyi təmin edib, məsciddən çıxaraq sinaqoqa gedirdi, sonra kilsəyə baş çəkirdi, daha sonra başqa kilsəyə gedirdi”, – deyən Saakaşvili əlavə edib ki, onun ailə üzvləri Gürcüstanın müxtəlif guşələrindəndir.

ANSPRESS

OXŞAR XƏBƏRLƏR