Saakaşvili Yeqor Qaydarın qızını özünə müavin təyin edəcək

DÜNYA
20:05 17.07.2015
1374

“Rus xalqı təkcə hakimiyyətdən ibarət deyil”.

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili rusiyalı siyasətçi və jurnalist Mariya Qaydarı özünə müavin təyin etmək niyyətindədir.

AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, M. Saakaşvili prezident Pyotr Poroşenkodan M. Qaydara Ukrayna vətəndaşlığı verilməsini xahiş edib. O, M. Qaydarın sosial sahəyə cavabdeh olacağını deyib:

“Odessaya hazırda bütün Ukrayna, Avropa və Rusiya baxır. Odessada müsbət dəyişikliklər dünyaya təsir edəcək. Mən istəyirəm ki, Ukrayna xalqı bilsin – rus xalqı təkcə hakimiyyətdən ibarət deyil, orada sizin ölkənizə ümidlə baxan insanlar da var”. M. Saakaşvili M. Qaydarı güclü iqtisadçı və hüquqşünas kimi qiymətləndirib. Qeyd edək ki, Mariya Qaydar Rusiyanın məşhur dövlət xadimi, siyasətçi və iqtisadçı, mərhum Yeqor Qaydarın qızıdır. O, “Exo Moskvı” radiosunun jurnalisti, “Sosial sorğu” adlı Sosial Müdafiə və Əhaliyə Dəstək Fondunun təsisçisi və rəhbəridir.

OXŞAR XƏBƏRLƏR