Saathesabı əməkhaqqına keçid layihəsi hökumətə təqdim olunub - Video

Saathesabı əməkhaqqına keçid layihəsi hökumətə təqdim olunub - Video
SOSİAL
22:33 22.01.2026
721
Saathesabı əməkhaqqına keçid layihəsi hökumətə təqdim olunub.

AZXEBER.COM Xəzər Tv-yə istinadən xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, layihə müzakirə mərhələsindədir.

Xidmət rəisi distant işdə əməkhaqqının formalaşdırılması ilə bağlı qaydalardan da danışıb. Bildirib ki, bu halda əməkhaqqının verilməsi qanunvericilikdə hazırda olduğu kimidir. Vəli Quliyev istirahət günü işə cəlb edilən şəxslərə ediləcək ödəniş qaydalarına da diqqət çəkib.

Onun sözlərinə görə, aparılan araşdırmalar nəticəsində ötən il 6 min 897 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib.

"Dövlət orqanlarından daxil olmuş materialların araşdırılması zamanı 6 halda 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi, 1 halda isə uşaqların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yaradan işlərə cəlb edilməsi faktı aşkarlanıb",-deyə xidmət rəisi bildirib.

OXŞAR XƏBƏRLƏR