“Saatlarımızın qiyməti hədsiz dərəcədə şişirdilib” - Silahla hədələnən səfir

“Saatlarımızın qiyməti hədsiz dərəcədə şişirdilib” - Silahla hədələnən səfir
SİYASƏT
14:18 07.08.2024
597
"5 avqust tarixində məzuniyyətdə olarkən Brüssel vaxtı ilə saat 15:00-da Belçikada yaşadığım evin qarşısında mən və xanımım naməlum 2 nəfər tərəfindən hücuma məruz qaldıq. Bu şəxslər biz binanın girişindən içəri girərkən zorla içəri soxulub bizi silah və bıçaqla hədələyərək üzərlərimizdəki əşyaların onlara verilməsini tələb ediblər”.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Brüsseldə ona qarşı hücumu şərh edərkən bildirib.

"Onlar xanımımın çantasını və qollarımızdakı "Rolex” model saatları götürərək, bizə yüngül xəsarət yetirərək ərazidən kənarlaşıblar. Polis dərhal əraziyə gələrək hadisənin araşdırılmasına başlayıb. Polis tərəfindən verilmiş məlumata əsasən, hazırda cinayətkarların məsuliyyətə cəlb edilməsi məqsədilə müvafiq istintaq tədbirləri davam etdirilir.

Həmçinin qeyd edim ki, Belçika mətbuatında yaşadığımız binanın şəkillərinin dərc olunması təhlükəsizlik səbəbindən qəbuledilməzdir. Qarət edilən saatlarımızın qiymətinin mətbuatda hədsiz dərəcədə və dəfələrlə şişirdilməsi də təəssüf doğurur. Bizə məxsus saatlar "Rolex” markalı olsa da onlar metalik və sadə modellər olub. Bu hücum hadisəsi barədə, həmçinin Belçika tərəfinə rəsmən səfirliyimiz tərəfindən müraciət edilib və diplomatların toxunulmazlığının təmin olunması və onlara qarşı bu kimi hücumların qarşısının alınması üçün Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası çərçivəsində tədbirlər görülməsi tələb olunub”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, sözügedən məlumatda azərbaycanlı diplomatın xanımı ilə icarəyə götürdüyü skuterdə olan zaman iki nəfər şəxsin revolverin qundağı ilə onların başına vurduqları və onlara məxsus 90 min avro dəyərində iki ədəd "Rolex” saatını oğurladıqları bildirilirdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq
21:11 07.10.2026
Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
21:06 07.10.2026
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb
21:00 07.10.2026
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb
Ağdaşda yol qəzası oldu - Yaralananlar var
20:53 07.10.2026
Ağdaşda yol qəzası oldu - Yaralananlar var
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
20:49 07.10.2026
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
20:44 07.10.2026
Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
20:40 07.10.2026
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:32 07.10.2026
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
20:29 07.10.2026
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
Bakıda kişi su pulu üstündə arvadını döydü
20:27 07.10.2026
Bakıda kişi su pulu üstündə arvadını döydü
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
20:19 07.10.2026
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
Sabah bu 5 kənddə qaz olmayacaq
20:12 07.10.2026
Sabah bu 5 kənddə qaz olmayacaq
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
20:04 07.10.2026
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
20:00 07.10.2026
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
19:54 07.10.2026
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
19:31 07.10.2026
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı