Saatlı sakinini elektrik cərəyanı vuraraq öldürüb.
AZXEBER.COM APA-nın Mil-Muğan bürosuna istinadən məlumat verir ki, hadisə Saatlı rayonu 5 saylı yol-istismar idarəsində qeydə alınıb. Saatlı rayonunun Sarıcalar kənd sakini, Əliyev Emin Hamlet oğlunu iş yerində elektrik cərəyanı vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.







































