Saatlıda 27 yaşlı gənc oğlan yol qəzasında xəsarət aldı

HADİSƏ
23:05 10.06.2021
666
Saatlıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Bəhramtəpə magistral yolunun rayonun Qıraqlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İki atomobilin toqquşması zamanı Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Mehdiyev Cabir Musa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR