Saatlıda 32 yaşlı qadın itkin düşüb - VİDEO

Saatlıda 32 yaşlı qadın itkin düşüb - VİDEO
SOSİAL
10:14 31.01.2021
1331
Saatlıda qadın itkin düşüb.

Baku Tv-nin məlumatına görə, 32 yaşlı Mirzəyeva Afət Xanlar qızı yanvarın 27-də naməlum şəraitdə itkin düşüb. Onun yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndi ərazisindəki su kanalında batmasına əsaslı şübhələr var.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
 

OXŞAR XƏBƏRLƏR