Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürdü

SOSİAL
09:27 13.09.2024
155
Saatlıda avtomobil iki yaşlı uşağı vurub.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, Elşən Əskərov "VAZ 21 06" markalı avtomobili arxaya idarə edərkən 2022-ci il təvəllüdlü oğlu Sənan Əskərovun üzərindən keçib.

Azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR