Saatlıda dəhşətli qəza: ata və 1 yaşlı oğlu öldü

Saatlıda dəhşətli qəza: ata və 1 yaşlı oğlu öldü
SOSİAL
10:41 11.11.2018
4241
Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

AZXEBER.COM report-a istinadən bildirir ki, hadisə Bəylik kəndinin ərazisində qeydə alınıb.

"Opel" markalı avtomobilin aşması nəticəsində 2 nəfər hadisə yerində ölüb. 

Bunlar 1984-cü il təvəllüdlü Bakı sakini Qəmbərov Şamo Səlamət oğlu və 1 yaşlı oğlu Rauf Qəmbərovdur.

Hadisə Ş.Qəmbərovun idarə etdiyi "Opel" markalı avtomobilin yol kənarındakı dirəyə çırpılması nəticəsində baş verib.
OXŞAR XƏBƏRLƏR