Saatlıda toyda musiqi sifarişi üstündə baş verən güllələmə ilə bağlı RƏSMİ AÇIQLAMA

Saatlıda toyda musiqi sifarişi üstündə baş verən güllələmə ilə bağlı RƏSMİ AÇIQLAMA
SOSİAL
17:19 27.07.2019
6880
Daxili İşlər Nazirliyi (DİN) Saatlı rayonunda baş verən güllələnmə ilə bağlı məlumat yayıb.

AZXEBER.COM DİN-ə istinadən xəbər verir ki, iyulun 27-nə keçən gecə Saatlı rayonunun Bəylər kənd sakini Mübariz Həsənovun həyətinə gəlmiş həmkəndlisi Füsət Məhərrəmov münaqişə zəminində tüfəngdən açdığı atəşlə onu, evinə qayıtdıqdan sonra isə özünü öldürüb.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müvafiq sənədləri olan "TOZ-63” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, xeber.tv hadisənin kənddə keçirilən toy mərasimində musiqi sifarişi üstündə baş verdiyini yazıb. 
OXŞAR XƏBƏRLƏR