AZXEBER.COM xəbər verir ki, günün ilk matçında son çempion "Sabah" "Araz-Naxçıvan"ın qonağı olub.
49-cu dəqiqədə Patrik Orfe Mbina fərqlənib.
Rəqiblərindən bir oyun az keçirən "Sabah" 6 xalla 3-cü pillədə qərarlaşıb. Naxçıvan klubu 1 xalla 11-ci yerdədir.
Günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq.
Turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz yekunlaşıb.











































