Sabah Azərbaycana qar yağacaq, yollar buz bağlayacaq

Sabah Azərbaycana qar yağacaq, yollar buz bağlayacaq
SOSİAL
12:33 14.12.2016
2783

 

 
Dekabrın 15-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. AZXEBER.COM-un Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbərinə görə, sabah arabir qar yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, gecə və səhər çovğun olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

 
Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 1° şaxtadan 2°-dək isti olacaq.

 
Bakıda temperaturun gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir.
 

Yolların buz bağlama ehtimalı var.
 

Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 
5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
 
Yollar buz bağlayacaq.
 

 

OXŞAR XƏBƏRLƏR