Sabah Azərbaycanda 20 dərəcə isti olacaq

Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Bütün Xəbərlər
13:20 24.01.2013
2540

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək, havanın temperaturunun gecə 3-6, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

 Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.

 Havanın temperaturunun gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı, bəzi yerlərdə 20 dərəcəyədək yüksələcəyi, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

 Yaxın 2 gün ərzində Abşeron yarımadasında davam edən mülayim isti hava şəraiti meteohəssas insanlar  üçün əsasən əlverişlidir.

OXŞAR XƏBƏRLƏR