Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək

Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək
SOSİAL
12:59 26.06.2017
967
İyunun 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZXEBER.COM -a verilən xəbərə görə, şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22° isti, gündüz 31-33° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütutuna enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55% təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
 
apa.az
OXŞAR XƏBƏRLƏR