Sabah Azərbaycanda prezident seçkiləri keçiriləcək

Sabah Azərbaycanda prezident seçkiləri keçiriləcək
SİYASƏT
15:21 10.04.2018
5144
Sabah, yəni 11 aprel tarixində Azərbaycan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan seçki keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, bu, müstəqil Azərbaycanın sayca 8-ci prezident seçkiləridir.

Prezident seçkilərində ölkə başçısı postu uğrunda 8 namizəd yarışacaq: Yeni Azərbaycan Partiyasının namizədi president İlham Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyev, namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Rasim oğlu Məmmədov, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc İbrahim oğlu Quliyev, namizədliyi seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayev, namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Şirzad oğlu Həsənov, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Məmməd Mübariz oğlu Əlizadən və namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Ələmdar oğlu Hacıyev.

Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq, Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19.00) ilkin məlumatları açıqlayacaq.

Bu gün, yəni 10 aprel tarixi "Sükut günü”dür. Yəni bu gün namizədlərin təşviqat və təbliğatı aparılmayacaq. Seçki günü də namizədlərin təbliğat və təşviqatı aparılmayacaq.

OXŞAR XƏBƏRLƏR