Sabah Azərbaycanda qar yağacağı gözlənilir

Sabah Azərbaycanda qar yağacağı gözlənilir
Bütün Xəbərlər
15:28 08.01.2013
1211
Yanvarın 9-da ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, yanvarın 10-da daha da kəskinləşəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,Bakıda və Abşeron yarımadasında yanvarın 9-da hava şəraitinin dəyişiləcəyi, soyuq, küləkli, axşam yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında sabah hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 9-14, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR