Sabah Bakıda hava daha da istiləşəcək

Sabah Bakıda hava daha da istiləşəcək
19:25 02.04.2013
890

Respublika ərazisində yağmursuz hava şəraiti davam edəcək.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.Məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20 dərəcəyədək isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.Rayonlarda havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 24, dağlarda gecə 1-6, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcəyədək isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR