Sabah Bakının bu ərazisi susuz qalacaq

Sabah Bakının bu ərazisi susuz qalacaq
SOSİAL
16:08 18.01.2026
7944

Sabah Keşlə qəsəbəsində su kəsiləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, Keşlə qəsəbəsinin bir hissəsini içməli su ilə təmin edən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə bağlı görüləcək işlər çərçivəsində 19.01.2026-cı il tarixində gün ərzində həmin ərazinin su təchizatında müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR