"Qaz İxrac" İdarəsinin magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.
"Azəriqaz" İB-dən AZXEBER.COM-a verilən məlumata görə, diametri 720 mm-lik "Qaradağ-Digah" magistral qaz kəmərinin 23-24-cü kilometrlər arasında dayaqlar üzərinə qaldırılması zərurəti ilə əlaqədar, iyulun 3-də saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan təmir işləri 04 iyul 2018-ci il tarixdə yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.