Sabah bu ərazilərdə qaz olmayacaq

SOSİAL
11:42 01.12.2024
283
Bakının Nərimanov rayonunun İ.Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 02.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən bildirilib.

Təmir-bərpa işləri aparılan müddətdə İ.Həsənoğlu, Təbriz və K. Rəhimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

OXŞAR XƏBƏRLƏR