UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah”ın ev oyununun biletləri satışa çıxarılıb.
Bu barədə klubun mətbuat xidməti yayıb.
Görüşün bilet satışı "iticket.az” vasitəsilə həyata keçirilir.
Qarşılaşma noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və matça saat 21:45-də start veriləcək.
Əlavə edək ki, "Sabah” sabah 3-cü turda "Borussiya"nı (Dortmund) qəbul edəcək.











































