"Sabah”la "Beşiktaş” arasında keçiriləcək xeyriyyə oyununun başlanma saatı məlum olub.
AZXEBER.COM xəbər verir ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, matçdan əldə olunacaq bütün gəlir Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.