"Sabah" braziliyalı futbolçu transfer etdi

"Sabah" braziliyalı futbolçu transfer etdi
İDMAN
23:54 01.09.2026
147
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə klub məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi Du Keyros Rusiyanın "Zenit" klubundan icarəyə götürülüb. Müqaviləyə əsasən, 26 yaşlı futbolçu cari mövsümün sonunadək "Sabah"ın üzvü olacaq.

Klub icarə müddəti başa çatdıqdan sonra futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, Du Keyros karyerası ərzində Braziliyanın "Korintians" (2021-2023), "Qremio" (2024) və "Sport Resife" (2025), Rusiyanın isə "Zenit" (2023-2024) və "Orenburq" (2025-2026) klublarında çıxış edib.

Xatırladaq ki, "Sabah" bu yay Yunis Laçabı ("Lill", Fransa - icarə) Eyden Makkarti (son klubu - "Kayzer Çifs", CAR), Junior Erivaldo Almeyda ("Maritumu", Portuqaliya), Patrik Orfe Mbina ("Maribor", Sloveniya), Ksander Severina  ("Makkabi" Hayfa), Amin Ramazanov (son klubu "Qarabağ") və Kristian Nvaçukvunu ("Şeffild Yunayted", İngiltərə) da heyətinə qatıb.
OXŞAR XƏBƏRLƏR