Sabah bu yol bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah bu yol bağlı olacaq - XƏBƏRDARLIQ
SOSİAL
14:54 23.05.2018
7339
Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır. 

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 24-ü səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırlması sabah axşam saatlarınadək qüvvədə olacaq.

OXŞAR XƏBƏRLƏR