Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq
SOSİAL
17:16 09.07.2017
951

 

 

Sabah səhər saatlarından etibarən sonuncu lay asfalt-beton örtüyünün döşənməsi ilə əlaqədar olaraq Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən verilən məlumata görə, məhdudlaşdırma işlər bitənədək tətbiq ediləcək. Sürücülər alternativ olaraq Masazır-Novxanı yolundan istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə "Azəravtoyol" ASC vətəndaşlardan üzr istəyir.

OXŞAR XƏBƏRLƏR