Sabah dənizə gedənlərə XƏBƏRDARLIQ

Sabah dənizə gedənlərə XƏBƏRDARLIQ
SOSİAL
21:46 10.07.2023
460
İyulun 11-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Küləkli hava şəraiti ilə əlaqədar dənizdə dalğanın artacağı gözlənilir. Bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olmağı tövsiyyə olunur.

Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
OXŞAR XƏBƏRLƏR