Sabah dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
SOSİAL
18:21 08.10.2023
156
Sabah dumanlı hava şəraiti ilə əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Oktyabrın 9-da əsasən gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar ölkə ərazisində magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-800 m-dək məhdudlaşacağı ehtimalı var.
OXŞAR XƏBƏRLƏR