Sabah Ermənistanda konstitusiya çevrilişi gözlənilir

Sabah Ermənistanda konstitusiya çevrilişi gözlənilir
DÜNYA
13:33 22.06.2020
971
Ermənistanda konstitusiya quruluşunun devrilməsinə hazırlıq görülür.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın tanınmış vəkili Amram Makinyan "Facebook” səhifəsində yazıb.

"Qanunverici orqanda məhkəmə hakimiyyətinin səlahiyyətlərinin qismən dayandırılması qanunsuz və konstitusiya quruluşunun devrilməsinə cəhddir. Bu cinayət tərkibli proses sükutla izlənir”, - o yazıb.

Qeyd edək ki, "168 jam” qəzeti yazıb ki, hakim "Mənim addımım” blokundan olan 88 deputat parlamentdə ölkənin Əsas Qanununa dəyişikliklə bağlı qanunu qəbul etməklə konstitusion devriliş edəcəklər: "Parlamentin deputatları Konstitusiya Məhkəməsinin razılığı olmadan Əsas Qanuna dəyişikliyi iki oxunuşda sabah qəbul edəcək. Bununla da Konstitusiya Məhkəməsinin səlahiyyətləri dayandırılacaq”.

Xatırladaq ki, Ermənistan parlamentinin 132 üzvü var. Onlardan 88-i hakim Mənim Addımım Partiyasının təmsilçiləridir. Parlamentdə Çiçəklənən Ermənistanın 25, İşıqlı Ermənistanın isə 17 deputatı var. Bir deputat isə bitərəfdir. Müxalifət təmsilçiləri iyunun 23-də keçiriləcək parlament müzakirəsində iştirak etməyəcəklərini bildiriblər.

Cari ilin fevralında Ermənistan parlamentinin növbədənkənar iclasında Konstitusiya Məhkəməsinin sədri və üzvlərinin erkən istefasına dair referendum keçiriləcəyi haqqında qanun layihəsi təsdiqlənib.

Qeyd edək ki, aprelin 5-də Ermənistanda Konstitusiya Məhkəməsinin əvvəlki hakimiyyətdən qalan hakimlərin səlahiyyətlərinin dayandırılması ilə bağlı mövcud Əsas Qanuna dəyişiklik edilməsi üçün referendumun keçirilməsi planlaşdırılmışdı. Ümumxalq səsverməsinə çıxarılacaq layihə hakimlərə 70 yaşadək, hər birində 6 il müddətinə 2 dəfə Konstitusiya Məhkəməsinə üzv seçilmək hüququ veriləcək. Ancaq koronavirusla bağlı yaranmış vəziyyət referendumun qeyri-müəyyən müddətə təxirə salınmasına səbəb olub.

Mütəxəssislər hesab edirlər ki, Ermənistanın baş naziri Nikol Paşinyan referendumda məğlub olacağından ehtiyatlanaraq pandemiya ilə bağlı yaranmış vəziyyəti əsas götürüb məsələni parlamentdə həll etməyə üstünlük verib. Bir müddət əvvəl hökumət bildirib ki, Konstitusiya Məhkəməsi ilə bağlı yaranmış vəziyyətə dair qərar pandemiya başa çatanadək referendum yolu ilə deyil, parlamentdə qəbul ediləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video
20:46 27.06.2026
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video