Sabah hava necə olacaq? - HAVA PROQNOZU

Sabah hava necə olacaq? - HAVA PROQNOZU
SOSİAL
12:23 29.08.2022
220
Avqustun 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22°, gündüz 33-38° isti olacaq. Bakıda gecə 20-22°, gündüz 34-36° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 25-30% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23°, gündüz 34-39°, dağlarda gecə 11-16°, gündüz 23-28° isti olacaq.
OXŞAR XƏBƏRLƏR