“Azəriqaz” məlumat yaydı.
Aprelin 1-də saat 10:00-dan 18:00-dək Astara və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Bu barədə “Azəriqaz” İB-dən AZXEBER.COM-a bildirilib.
Qurumdan verilən məlumata görə, təmir müddətində Göygöl rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Astara rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.