"Sabah" kapitanını göndərdi

"Sabah" kapitanını göndərdi
İDMAN
14:53 04.06.2026
137

"Sabah” kapitanı Amin Seydiyevlə yolları ayırıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Masazır təmsilçisi məlumat yayıb. 

27 yaşlı müdafiəçinin başa çatan müqavilə müddəti yenilənməyib. Seydiyev komandada meydana çıxdığı 186 oyunda 7 qola imza atıb.

"Sabah”ın heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə ölkə kubokunu qazanan Amin həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.

Qeyd edək ki, müdafiəçi 2020-ci ildən "Sabah”da oynayırdı.

OXŞAR XƏBƏRLƏR