Sabah metronun iş rejiminə dəyişikliklər ediləcək

SOSİAL
16:52 19.01.2025
195
Yanvarın 20-də "Bakı metropoliteni” QSC-nin iş rejimi dəyişdiriləcək.

AZXEBER.COMxəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar "20 Yanvar”, həmçinin Şəhidlər Xiyabanına ən yaxın məsafələrdə yerləşən "İçərişəhər” və "Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri görülməklə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Qeyri-iş günü olduğundan qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə ehtiyat qatarların verilməsi nəzərdə tutulacaq.

Saat 12:00-da qatarların hərəkəti dayandırılacaq və qatarlardan siqnal veriləcək, şəhidlərin xatirəsi 1 dəqiqə mərasimlə anılacaq.
Qeyd edək ki, 35 il əvvəl yanvarın 19-dan 20-nə keçən qanlı gecənin günahsız qurbanları arasında "Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var.

OXŞAR XƏBƏRLƏR