Sabah Milli Şuranın sessiyasıdır

SİYASƏT
12:00 18.08.2013
1213
Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyası avqustun 19-u, saat 15.00-da Müsavat Partiyasının qərargahında işə başlayacaq. Sessiyanın gündəliyinə Milli Şuranın prezident seçkilərində iştirakı, təşkilatı və cari məsələlər daxildir. Sessiyanın yekunları ilə bağlı mətbuat üçün brifinq saat 18.00-da keçiriləcək.

OXŞAR XƏBƏRLƏR