Sabah - Neftçi oyununun hakimi haqqında araşdırma aparılacaq

Sabah - Neftçi oyununun hakimi haqqında araşdırma aparılacaq
İDMAN
23:03 25.04.2021
832
"Sabah" və "Neftçi" komandaları arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XXIV tur oyununda hakim Vüqar Həsənli ciddi səhvlərlə yadda qalıb. 

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, sabah hakim haqqında ciddi araşdırma aparılacaq. 

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Sabah"ın 3 futbolçusu oyunda qırmızı vərəqə ilə cəzalandırılıb. Bundan əlavə, 3 penalti təyin edib və görüşün sonlarında "Sabah"ın məşqçisi Miloş Yevriç də ikinci sarı vərəqəni alaraq texniki zonadan qovulub. 

Qeyd edək ki, oyun başa çatdıqdan sonra futbolçular və məşqçilər heyəti arasında mübahisə yaranıb.

OXŞAR XƏBƏRLƏR