“Sabah” Prezidentin ayırdığı pulu belə xərcləyəcək

“Sabah” Prezidentin ayırdığı pulu belə xərcləyəcək
İDMAN
15:37 05.09.2026
492

"Sabah” klubu uşaq futbolunun davamlı inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaqları ilə bağlı açıqlama yayıb. 

AZXEBER.COM xəbər verir ki, açıqlamada deyilir: 

"Əziz futbolsevərlər! 

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 avqust 2026-cı il tarixli Sərəncamı ilə "Sabah” Futbol Klubuna UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə 5 milyon manat maliyyə dəstəyi ayrılıb.

Cənab Prezidentin klubumuza və Azərbaycan futboluna göstərdiyi bu diqqət və etimad bizi bu dəstəyin yaratdığı imkanı daha böyük və uzunmüddətli məqsədə yönəltmək barədə düşünməyə sövq etdi. Biz istəyirik ki, bu tarixi uğur və göstərilən dəstək təkcə bugünkü "Sabah”a deyil, Azərbaycan futbolunun gələcəyinə də xidmət etsin. 

Məhz buna görə "Sabah” Futbol Klubu UEFA Çempionlar Liqasında iştiraka görə əldə etdiyi məbləğdən əlavə 5 milyon manat vəsaiti uşaq futbolunun davamlı inkişafına yönəltmək və "Sabah Football Academy Future Talents” – "Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramını yaratmaq qərarına gəlib. 

Beləliklə, proqramın ilkin kapitalının 5 milyon manat cənab Prezidentin dəstəyi + 5 milyon manat "Sabah”ın vəsaiti = 10 milyon manat prinsipi əsasında formalaşdırılması nəzərdə tutulur. 

Fondun əsas prinsipi bu 10 milyon manatı xərcləmək deyil, onu qorumaq və artırmaqdır. Vəsait peşəkar şəkildə idarə olunaraq gəlir yaradacaq.

Bu il UEFA ÇL-da keçirilən oyunlara bilet satışından əldə edilən məbləğlərin müəyyən hissəsi də həmin proqrama yönəldiləcək. 

Beləliklə, ilkin kapital gələcək gənc futbolçuların inkişafına uzun illər xidmət edən daimi maliyyə mənbəyinə çevriləcək. 

Klubun məqsədi bir mövsümün tarixi uğurunu gələcək nəsilləri təmsil edən futbolçularını yetişdirmək, ölkədə və gələcəkdə regionumuzda aparıcı futbol akademiyasını formalaşdırmaq, cənab Prezidentin futbolumuza və klubumuza olan diqqəti əbədiləşdirmək üçün uzunmüddətli imkanlara çevirməkdir. 

"Sabah Football Academy Future Talents” proqramının əsas məqsədi uşaq futbolunun davamlı inkişafına dəstək vermək, bu prosesə maraqlı tərəfləri cəlb etmək və uzunmüddətli, dayanıqlı inkişaf modelinin formalaşdırılmasına töhfə verməkdir. 

Klub bu təşəbbüsün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ölkədə uşaq və gənclər futbolunun inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətlə uzlaşmasına, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarının yaradılmasına xüsusi önəm verir. 

Layihə futbol infrastrukturunun təkmilləşdirilməsinə, istedadlı uşaqların aşkarlanmasına və peşəkar hazırlığına, müasir məşq metodlarının tətbiqinə, həmçinin idman elmi, tibbi təminat, performans analitikası, təhsil və fərdi inkişaf proqramlarının gücləndirilməsinə yönəldilməsi nəzərdə tutulur. 

Klub ölkə üzrə istedadların aşkarlanması sistemini daha da genişləndirməyi, uşaqların yaşadıqları regiondan və ailələrinin maddi imkanlarından asılı olmayaraq, perspektivli futbolçular üçün bərabər inkişaf imkanları yaratmağı hədəfləyir. 

Uzunmüddətli perspektivdə "Sabah” Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərən akademiyalar, futbol məktəbləri və klublarla əməkdaşlığı genişləndirərək, Akademiyanı regionun aparıcı futbol inkişaf mərkəzlərindən birinə çevirməyi qarşısına məqsəd qoyur.

SABAH FK bu təşəbbüsə "Bünövrə Tərəfdaşı” formatında qoşulmaq üçün ölkəmizin şirkətlərinə və beynəlxalq tərəfdaşlara imkan yaradacaq və maraqlı tərəfləri bu təşəbbüsü nəzərdən keçirməyə dəvət edir.

"Sabah Football Academy Future Talents” proqramının fəaliyyət prinsipləri, idarəetmə modeli, tərəfdaşlıq mexanizmləri və gələcək inkişaf istiqamətləri ilə bağlı ictimaiyyətə əlavə və ətraflı məlumat təqdim ediləcək.

Bir tarixi uğur. Futbolumuzun inkişafı naminə atılan daha bir addım”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dəm qazının qurbanı oldu - VİDEO
22:56 06.10.2026
Dəm qazının qurbanı oldu - VİDEO
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
22:50 06.10.2026
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır