“Sabah” - “Qarabağ” matçında qalib müəyyənləşmədi

“Sabah” - “Qarabağ” matçında qalib müəyyənləşmədi
İDMAN
19:56 25.10.2026
180
Azərbaycan Premyer Liqasının IX turunda "Sabah” "Qarabağ”ı qəbul edib.

"Dalğa Arena”da keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Görüşü baş hakim Rəşad Əhmədov idarə edib.

Bu nəticədən sonra Valdas Dambrauskasın rəhbərlik etdiyi "Sabah” 20 xalla turnir cədvəlinin lideri olaraq qalır. Qurban Qurbanovun komandası isə 18 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər matçında "İmişli” doğma meydanda "Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib. Turun əvvəlki oyunlarında "Araz-Naxçıvan” "Qəbələ”yə (1:2), "Şəfa” "Kəpəz”ə (1:2) uduzub. "Zirə” "Sumqayıt”ı 3:2 hesabı ilə üstələyib. "Neftçi” – "Turan Tovuz” matçı isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

///teleqraf///
OXŞAR XƏBƏRLƏR