"Sabah" - "Qəbələ" oyununda qalib müəyyənləşməyib

"Sabah" - "Qəbələ" oyununda qalib müəyyənləşməyib
İDMAN
22:06 04.02.2026
789
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sabah" və "Qəbələ" bərabərə qalıb.

AZXEBER.COM xəbər verir ki, tərəflər arasında "Bank Respublika Arena"da baş tutan ilk matçda qapılara qol vurulmayıb.
Raundun cavab oyunu martın əvvəlində təşkil ediləcək.

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin əvvəlki qarşılaşmasında - "Sumqayıt" və "Zirə" kollektivlərinin duelində hesab açılmayıb. Fevralın 5-də 1/4 final mərhələsinin "Şamaxı" – "Qarabağ" və "Turan Tovuz" – "Kəpəz" oyunları keçiriləcək.
OXŞAR XƏBƏRLƏR