SABAH qruplarının əhatəsi daha da genişləndiriləcək

SABAH qruplarının əhatəsi daha da genişləndiriləcək
SOSİAL
11:12 25.07.2025
108
SABAH qruplarının əhatəsi genişləndiriləcək, yeni məzmunlu təhsil proqramlarının gələcəkdə 15 min tələbəni əhatə etməsi nəzərdə tutulur.

Bunu elm və təhsil nazirinin müavini Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq bu istiqamətdə addımlar atılır:

"Dəyişikliklərin biri ondan ibarətdir ki, artıq tələbələrimiz I kursdan başlayaraq təhsil ala biləcəklər. Bundan sonra göstərdikləri akademik nəticəyə və DİM imtahanlarındakı göstəricilərinə əsasən müsahibə yolu ilə daha çox tələbələrimiz birinci kursdan başlayaraq SABAH qruplarında təhsil almış olacaqlar".

Nazir müşaviri ixtisas istiqamətlərinin də genişləndiriləcəyini vurğulayıb:

"Bu da təhsil keyfiyyətinin yaxşılaşdırılması istiqamətinə ciddi təsir göstərəcək. Bununla da daha çox tələbə SABAH qruplarında təhsil ala biləcək. SABAH və yeni məzmunlu təhsil qrupları bundan sonra Elm və Təhsil Nazirliyinin tabeliyində olmayan, digər qurumların, hətta özəl ali təhsil müəssisələrinə də şamil olunacaq. Bu istiqamətdə ali təhsil müəssisələrinin şəbəkəsi də genişlənir".

OXŞAR XƏBƏRLƏR