Sabah “Sabahın alimləri” bilinəcək

Sabah “Sabahın alimləri” bilinəcək
MARAQLI
16:10 22.02.2012
1646

Sabah Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və “Mədəd” təşkilatı birgə olaraq “PARK İNN” mehmanxanasında “Sabahın alimləri” respublika müsabiqəsinə start verəcək.

Nazirliyin mətbuat xidmətidnən verilən məlumata görə, ölkəmizdə ilk dəfə təşkil olunan bu müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı verməkdir. Ən mühüm məqam isə bu məktəblilərdən 5 nəfərin seçilərək ABŞ-da keçirilən şagirdlərin Beynəlxalq Elm və Mühəndislik Sərgisi-“İntel İSEF”-ə göndərilməsidir. 

“Intel ISEF” və digər təhsil proqramlarının köməyi ilə Intel korporasiyası bütün dünyada uşaqların savadının yüksəldilməsinə və onların müxtəlif elmlərə, o cümlədən riyaziyyata və mühəndisliyə maraqlarının artırılmasına kömək etməyə çalışır. Qeyd edilən müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin elm və texnika sahəsində yaradıcılıq potensialının yüksəlməsini təmin etməyə, eyni zamanda “məktəb - ali təhsil müəssisəsi - doktorantura” triadası çərçivəsində fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsidir. Intel ISEF-in ABŞ-da keçirilən final mərhələsinə hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan 550-dən artıq müsabiqənin qalibləri qatılır. Son illər Intel ISEF beynəlxalq müsabiqəsində öz elmi layihələrini nümayiş etdirmək istəyən şagirdlərin sayı xeyli artıb. Bu da elm tutumlu tədqiqatlara şagirdlərin marağının artmasını əks etdirir. Belə ki, əgər 2006-cı ildə bu müsabiqədə 47 ölkə, 2009-cu ildə 51 ölkə iştirak edibsə, 2011-ci ildə ölkələrin sayı 65-ə çatıb. Intel ISEF müsabiqəsində şagirdlər onları maraqlandıran sahələrdə çalışan dünya şöhrətli alim və görkəmli mühəndislərlə ünsiyyətdə ola bilir, onlara sual vermək və apardıqları tədqiqatların perspektivləri barədə daha çox məlumat əldə etmək kimi unikal bir fürsət qazanırlar. Intel ISEF-in 20-dən çox qalibi sonralar Nobel mükafatı laureatları, 3 qalibi isə riyaziyyat sahəsində ən yüksək mükafat sayılan Filds mükafatı laureatı olub. Müxtəlif ölkələrdə Intel ISEF müsabiqəsinə seçim turunun düzgün təşkil edilməsi və bu işin səmərəliliyinin artırılması məqsədilə hər il müsabiqə ilə eyni vaxtda Intel Təlim Akademiyası da fəaliyyət göstərir. Akademiyanın dinləyiciləri milli müsabiqələrin keçirilməsi barədə müxtəlif ölkələrin təcrübəsi ilə tanış olur, fikir mübadiləsi aparmaq imkanı əldə edirlər. Burada müxtəlif elm adamları, ISEF-in keçmiş qalibləri və digər maraqlı şəxslərlə görüşlər təşkil olunur. Növbəti Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinin may ayının 13-də ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçirilməsi planlaşdırılır. Ölkəmizin də bu il müsabiqəyə qatılması nəzərdə tutulur. Müsabiqə bütün dünya ölkələri üçün aktual olduğu kimi, Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Təhsil sahəsində aparılan islahatlar, orta ümumi təhsil müəssisələrində tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib. Müsabiqənin Elmi Ekspertiza Şurasına 87 layihə təqdim edilmişdir. Bu layihələr əsasən riyaziyyat, fizika, astronomiya, kimya, biologiya, tibb, sağlamlıq və psixologiya, ekologiya, ətraf mühitin idarə olunması, mühəndislik və kompyuter elmləri üzrə fənləri əhatə edir. Müsabiqə ilə əlaqədar www.sabahinalimleri.edu.az saytı yaradılmışdır. Əlavə məlumat əldə etmək istəyənlər həmin ünvana müraciət edə bilrlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
16:27 15.05.2025
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."
16:23 15.05.2025
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."
Dünyanın ən ucaboy insanlarının yaşadığı ölkə AÇIQLANDI
16:15 15.05.2025
Dünyanın ən ucaboy insanlarının yaşadığı ölkə AÇIQLANDI
Snoop Doogun komandası Mehin üçün klip çəkdi  - VİDEO
16:02 15.05.2025
Snoop Doogun komandası Mehin üçün klip çəkdi - VİDEO
Hakan Fidan: Türkiyə Avropanın təhlükəsizliyində rol oynamağa davam edəcək
15:55 15.05.2025
Hakan Fidan: Türkiyə Avropanın təhlükəsizliyində rol oynamağa davam edəcək
Naftalanda növbəti səyyar qəbul keçirilib - FOTOLAR
15:50 15.05.2025
Naftalanda növbəti səyyar qəbul keçirilib - FOTOLAR
Müdafiə naziri: İlham Əliyev Azərbaycan Ordusunun fəaliyyətindən razıdır
15:46 15.05.2025
Müdafiə naziri: İlham Əliyev Azərbaycan Ordusunun fəaliyyətindən razıdır
Kreml: Putin-Tramp görüşü ilə bağlı məsələ hələ gündəmdə deyil
15:37 15.05.2025
Kreml: Putin-Tramp görüşü ilə bağlı məsələ hələ gündəmdə deyil
“Məni həbs edin, canım qurtarsın...” – Şərurlu İsfəndiyar
15:26 15.05.2025
“Məni həbs edin, canım qurtarsın...” – Şərurlu İsfəndiyar
“Son zəng” məktəb daxilində və sadə formada keçirilməlidir”
15:22 15.05.2025
“Son zəng” məktəb daxilində və sadə formada keçirilməlidir”
Zelenski: Türkiyəyə səfərim Putin üçün çox aydın siqnaldır
15:18 15.05.2025
Zelenski: Türkiyəyə səfərim Putin üçün çox aydın siqnaldır
Türkiyədəki etirazlarda həbs olunan böyrək xəstəsi Esila azadlığa buraxıldı
14:51 15.05.2025
Türkiyədəki etirazlarda həbs olunan böyrək xəstəsi Esila azadlığa buraxıldı
Ərdoğan - Zelenski görüşü başlayıb
14:39 15.05.2025
Ərdoğan - Zelenski görüşü başlayıb
Müğənniyə medal verilməsi gündəm yaratdı - “Necə aldığını açıqlamır”
14:33 15.05.2025
Müğənniyə medal verilməsi gündəm yaratdı - “Necə aldığını açıqlamır”
Bülent Ersoy vəsiyyətini açıqlayıb
14:28 15.05.2025
Bülent Ersoy vəsiyyətini açıqlayıb
MÜSİAD Azərbaycan və Sərgi Təşkilatçıları Arasında Əməkdaşlıq Memorandumu İmzalandı - FOTOLAR
14:27 15.05.2025
MÜSİAD Azərbaycan və Sərgi Təşkilatçıları Arasında Əməkdaşlıq Memorandumu İmzalandı - FOTOLAR