Bu gün basketbol üzrə Azərbaycan çempionatında VII turda yekun vurulub.
AZXEBER.COM İdman.biz-ə istinadən xəbər verir ki, turun son matçında "Şəki” "Sabah”ı qəbul edib.
Azərbaycan çempionu görüşün aşkar favoriti olsa da, oyuna meydan sahibləri daha yaxşı başlayıblar. İkinci periodun ortasına kimi hesabda irəli olan "Şəki” tədricən üstünlüyü əldən verib. "Sabah"ın təcrübəli basketbolçuları dəqiq atışlarla fərqi artırıblar.
25 xal fərqi ilə qələbə "Sabah"ı 1-ci pilləyə yüksəldib.
Azərbaycan Basketbol Liqası
VII tur
10 dekabr
12:00. "Şəki” - "Sabah” - 76:101 (28:19, 18:30, 18:29, 12:23)
Qeyd edək ki, turda daha öncə NTD-İNDİQO "Neftçi”ni 93:71, "Sumqayıt” "Xəzri”ni 95:85, "Xırdalan” "Sərhədçi”ni 79:57, "Gəncə” "Cəlilabad”ı 114:108 hesabı ilə məğlub edib.