Bakıda "Sabah" və Sloveniyanın "Sele" komandası arasında keçiriləcək UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
Bu barədə Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Onun sözlərinə görə, hələlik qarşılaşmaya 2500 bilet satılıb.
Qeyd edək ki, "Sabah” – "Sele” matçı iyulun 10-da, saat 20:00-da "Bank Respublika Arena”da baş tutacaq. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.