Sabah “sosial ev”lər təkrar satışa çıxarılacaq

Sabah “sosial ev”lər təkrar satışa çıxarılacaq
SOSİAL
21:29 04.09.2018
4113
Sabahdan Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına başlanılır.

MİDA-dan AZXEBER.COM-a verilən xəbərə görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışı saat 11:00-da başlayacaq və bu il dekabrın 5-i saat 11:00-a qədər davam edəcək.

Yalnız "Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir. Həmin şəxslər elektron kabinetlərində "Satış/Mənzillər” bölməsinə daxil olaraq "erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir) əsasında mənzilləri seçə biləcəklər. "Güzəştli Mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində "Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Ölkə prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış "Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Satışa 324 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunur. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 15.11.2016-cı il tarixli 22880 nömrəli və 27.12.2016-cı il tarixli 23089 nömrəli müsbət rəyləri mövcuddur.

Mənzillərə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
16:23 06.07.2026
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
16:07 06.07.2026
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
15:39 06.07.2026
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
Şirvanda çətənə kolları yetişdirən səxş saxlanıldı
15:28 06.07.2026
Şirvanda çətənə kolları yetişdirən səxş saxlanıldı
Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir
15:26 06.07.2026
Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir
Azərbaycanlı gənclərin beynəlxalq yarışda növbəti uğuru
15:20 06.07.2026
Azərbaycanlı gənclərin beynəlxalq yarışda növbəti uğuru
Sosial Xidmətlər Agentliyi ilə BMqT arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu
15:12 06.07.2026
Sosial Xidmətlər Agentliyi ilə BMqT arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
15:08 06.07.2026
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Bu məktəblərdə ixtisas və məktəb seçiminə başlanıldı
15:04 06.07.2026
Bu məktəblərdə ixtisas və məktəb seçiminə başlanıldı
Şirvanda 34000 manatlıq naqil oğurlayan üç nəfər saxlanıldı
14:46 06.07.2026
Şirvanda 34000 manatlıq naqil oğurlayan üç nəfər saxlanıldı
Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama
14:34 06.07.2026
Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama
Azyaşlı binanın damında velosiped sürdü – Polis araşdırmaya başladı - VİDEO
14:20 06.07.2026
Azyaşlı binanın damında velosiped sürdü – Polis araşdırmaya başladı - VİDEO
Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir? - DOSYE
14:15 06.07.2026
Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir? - DOSYE
Elmi araşdırma: Yer üzündə son bitki nə zaman məhv olacaq?
14:15 06.07.2026
Elmi araşdırma: Yer üzündə son bitki nə zaman məhv olacaq?
15 il sonra Azərbaycanı nə gözləyir? - Doğumun azalması ilə bağlı ciddi xəbərdarlıq
14:07 06.07.2026
15 il sonra Azərbaycanı nə gözləyir? - Doğumun azalması ilə bağlı ciddi xəbərdarlıq
Azercell yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir
13:54 06.07.2026
Azercell yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir