Sabah su olmayacaq ərazilərin SİYAHISI

Sabah su olmayacaq ərazilərin SİYAHISI
SOSİAL
20:55 27.06.2018
4660

Sabah gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən AZXEBER.COM-a verilən məlumata görə, məhdudiyyət Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.

 

İstehlakçılardan əvvəlcədən su ehtiyatı toplamaları xahiş olunur.

OXŞAR XƏBƏRLƏR