"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazandı

"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazandı
İDMAN
23:31 14.07.2026
139
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.

AZXEBER.COM xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda Uelsdə TNS komandası ilə üz-üzə gəlib.

Qarşılaşma "bayquşlar"ın qələbəsi ilə yekunlaşıb - 1:2.

28-ci dəqiqədə Coy-Lens Mikels, 42-ci dəqiqədə Rəhman Daşdəmirov fərqlənib. Rəqibin heyətində 89-cu dəqiqədə Coş Lok təsəlli qolunun müəllifi olub.

Beləliklə, Bakıdakı görüşdə rəqibini iki cavabsız qolla üstələyən "Sabah" II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Ölkə çempionu bu raundda "Kups"la (Finlandiya) münasibətlərə aydınlıq gətirəcək.
OXŞAR XƏBƏRLƏR