24.05.2021-ci il tarixindən 113 nömrəli marşrut xətti ( "Qara Qarayev” m/s – Əmircan qəs.) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı "BakıKart” vasitəsilə ödəniləcək.
AZXEBER.COM xəbər verir ki, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.
Bununla bağlı əvvəlcədən məlumat veriləcək.