Sabahdan universitetlərə qeydiyyat başlayır

Sabahdan universitetlərə qeydiyyat başlayır
SOSİAL
12:38 27.08.2026
107
Bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə sabah start verilir. Abituriyentlər qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər.

AZXEBER.COM xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) məlumat yayıb.

Bildirilib ki, qeydiyyat 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-a qədər davam edəcək. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Abituriyentlər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın "Xidmətlər” bölməsinin "Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Xidmətə daxil olduqdan sonra abituriyentin şəxsi məlumatları ekranda əks olunur. Məlumatların düzgünlüyünü yoxladıqdan sonra qəbul məlumatları ilə tanış olur və növbəti mərhələyə keçirlər. Qeydiyyat zamanı elektron sistemdə mövcud olmayan hər hansı məlumat üzrə sənəd tələb olunarsa, həmin sənədi sistemə yükləyirlər.

Abituriyent daha sonra "Güzəştli qəbul” bölməsində tələbə təhsil krediti almaq istəyib-istəmədiyini qeyd edir. Həmçinin sosial baxımdan həssas əhali qrupuna aid olub-olmadığını seçir. "Bəli” seçdiyi halda, uyğun sosial statusu və onu təsdiq edən sənədləri sistemə əlavə edir.

Son mərhələdə daxil etdiyi məlumatların düzgünlüyünü yoxlayır, məlumatların toplanmasına və istifadəsinə razılıq verərək qeydiyyatı tamamlayır.

Abituriyentlər müraciətinin statusunu "Xidmətin tarixçəsi” bölməsindən izləyə bilərlər. Müraciət "Ödəniş edilməlidir” statusunda olduqda təhsil haqqını "Onlayn ödə” funksiyası ilə ödəmək və ya ödənişi başqa üsulla həyata keçirdikləri halda ödənişi təsdiq edən sənədi "Qəbzi yüklə” seçimi vasitəsilə sistemə əlavə etmək mümkündür.

Qeydiyyat müraciəti təhsil müəssisəsi tərəfindən yoxlanılaraq təsdiqləndikdən sonra proses tamamlanmış hesab olunur. Qeydiyyatın təsdiqlənməsi barədə məlumat vətəndaşa "mygov” platforması üzərindən bildiriş vasitəsilə göndərilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Ktriç Nersisyan “yeni inqilab” üçün kəndlərə nümayəndələr göndərir
13:33 27.08.2026
Paşinyan: Ktriç Nersisyan “yeni inqilab” üçün kəndlərə nümayəndələr göndərir
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
13:27 27.08.2026
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Paşinyan: Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur
13:23 27.08.2026
Paşinyan: Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur
Zelenski: Rusiya Poltava, Sumi və Xersonu vurub
13:17 27.08.2026
Zelenski: Rusiya Poltava, Sumi və Xersonu vurub
“Vefa Esthetıc Center”də qanun pozuntuları aşkarlandı - Rəsmi
13:13 27.08.2026
“Vefa Esthetıc Center”də qanun pozuntuları aşkarlandı - Rəsmi
Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?
13:09 27.08.2026
Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?
Azərbaycan UEFA reytinqində 25-ci pilləyə yüksəldi - "Uğurun əsas səbəblərindən biri..."
13:05 27.08.2026
Azərbaycan UEFA reytinqində 25-ci pilləyə yüksəldi - "Uğurun əsas səbəblərindən biri..."
Valideynlər üçün “WhatsApp”da yeni imkan yaradıldı
12:55 27.08.2026
Valideynlər üçün “WhatsApp”da yeni imkan yaradıldı
Yunanıstanda Qərbi Nil virusu yayılır: 6 nəfər ölüb
12:48 27.08.2026
Yunanıstanda Qərbi Nil virusu yayılır: 6 nəfər ölüb
Xankəndidə toyuq hini, mal-qara tövləsi istəyənlərə - Rəsmi cavab
12:47 27.08.2026
Xankəndidə toyuq hini, mal-qara tövləsi istəyənlərə - Rəsmi cavab
Sabahdan universitetlərə qeydiyyat başlayır
12:38 27.08.2026
Sabahdan universitetlərə qeydiyyat başlayır
DİM: Plan yerləri ən çox III ixtisas qrupunda dolub
12:26 27.08.2026
DİM: Plan yerləri ən çox III ixtisas qrupunda dolub
Ət tikəsi boğazında qaldı, bıçağa əl atdı – Professordan xəbərdarlıq
12:21 27.08.2026
Ət tikəsi boğazında qaldı, bıçağa əl atdı – Professordan xəbərdarlıq
Abşeronda soyğunçuluq və oğurluq edən şəxslər saxlanıldı
12:19 27.08.2026
Abşeronda soyğunçuluq və oğurluq edən şəxslər saxlanıldı
Universitetə qəbul olanlara xəbərdarlıq: Sabahdan…
12:16 27.08.2026
Universitetə qəbul olanlara xəbərdarlıq: Sabahdan…
Panamada təbii fəlakət təhlükəsi: Fövqəladə vəziyyət elan edildi
12:09 27.08.2026
Panamada təbii fəlakət təhlükəsi: Fövqəladə vəziyyət elan edildi