“Sabah”ın baş məşqçisi: “Bir və ya iki futbolçu ilə güclənə bilərik”

İDMAN
20:10 30.12.2022
269
"Qış fasiləsində bir və ya iki futbolçu ilə güclənə bilərik”.

Bunu "Report”a müsahibəsində "Sabah”ın baş məşqçisi Murad Musayev qış dönəmindəki transfer fəaliyyətləri barədə danışarkən deyib.

Rusiyalı mütəxəssis heyətdə ciddi dəyişiklik olunmayacağını, ümumiyyətlə, transfer etməmək ehtimalının olduğunu da vurğulayıb: "Komandada kifayət qədər oyun təcrübəsi qazana bilməyən bəzi gənc futbolçularımızın başqa klublara icarəyə göndərilməsi ehtimalı var. Transfer məsələsinə gəldikdə, bizim üçün çox vacibdir ki, kluba yeni gələcək futbolçular hazırda heyətdə olanlardan daha güclü olsunlar. Böyük dəyişikliklər nəzərdə tutulmayıb. Heç bir transfer həyata keçirilməyə də bilər”.

Murad Musayevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.
OXŞAR XƏBƏRLƏR