"Sabah"ın Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlandı

"Sabah"ın Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlandı
İDMAN
00:34 02.09.2026
147
"Sabah"ın UEFA Çempionlar Liqası üçün iştirak ərizəsi müəyyənləşib.

AZXEBER.COM QOL.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

Bakı təmsilçisi sifariş ərizəsinə ümumilikdə 26 oyunçunun adını daxil edib. Bunlardan 23-ü əsas (A), 3-ü isə gənclər (B) siyahısında yer alıb.

Qapıçılar: Amin Ramazanov, Rauf Əyyubov (B), Stas Pokatilov, Rəvan Mirzəmmədov (B).

Müdafiəçilər: Stiv Solve, Aden Makkarti, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Timoteuş Puxaç, Erivaldo Almeyda, Akim Zedadka.

Yarımmüdafiəçilər: Velko Simiç, Yunes Laçaab, Abdulah Xaybulayev, Umarali Raxmonaliyev, Aleksey İsayev, Kahim Perris, İvan Lepinitsa, Rauf Rüstəmli, Rodriqo Fernandes, Cəfər Muxtarov, Şahin İbrahimov (B).

Hücumçular: Kristian Nvaçukvu, Coy-Lens Mikels, Ksander Severina, Orfe Mbina.

Xatırladaq ki, "Sabah"  Çempionlar Liqasının Liqa mərhələsində "Barselona”, "Borussiya” (Dortmund), "Napoli” və "Slaviya” (Praqa) ilə evdə, "Arsenal”, "Mançester Yunayted”, "Vilyarreal” və "Vikinq”lə isə səfərdə qarşılaşacaq. Valdas Dambrauskasın komandası ilk görüşünü sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"ə qarşı keçirəcək.
OXŞAR XƏBƏRLƏR