"Sabah" komandasının futbolçuları "Borussiya" ilə görüşdən zövq almaq istəyirlər.
Bunu "Sabah"ın futbolçusu Akim Zedadka UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniya təmsilçisi "Borussiya"ya (Dortmund) qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
Müdafiəçi hər matça qələbə əzmi ilə çıxdıqlarını söyləyib:
"Doğma meydanda, azarkeşlərimizin önündə çıxış edəcəyik. Amma rəqibimizin kim olduğunu yaxşı bilirik. Nəzərə almaq lazımdır ki, Çempionlar Liqasında asan oyun olmur. Sabahkı görüşdən zövq almaq istəyirik".
Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
///report///











































