Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək

Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
SOSİAL
17:32 03.07.2026
968
İyulun 4-5-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 6-dan 8-i gündüzədək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bildirilib ki, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR